Hirkan Milli Parkında və Ağsu meşəsində yanğın söndürülüb - VİDEO - YENİLƏNİB

Hirkan Milli Parkında və Ağsu meşəsində yanğın söndürülüb - VİDEO - YENİLƏNİB Video əlavə olunub
Ekologiya
2 Avqust , 2018 14:03
Hirkan Milli Parkında və Ağsu meşəsində yanğın söndürülüb - VİDEO - YENİLƏNİB
0 : 00
0 : 00

Video əlavə olunub


*** saat 12:47

Bakı. 2 avqust. REPORT.AZ/ Avqustun 1-də saat 22:00-da Lənkəran rayonunun Yuxarı Nüvədi (Alekseyevka) kəndinin yaxınlığında, Hirkan Milli Parkının Seyfidor meşəbəyliyinin 24 saylı dolayında baş verən yanğın Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları və kənd əhalisi tərəfindən qısa müddət ərzində söndürülüb.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən məlumat verilib.

Yanğın 0,01 hektara yaxın ərazini əhatə edib və nəticədə quru xəzəl, qurumuş və yıxılmış ağaclar yanıb.

Eyni zamanda avqustun 2-də saat 3 radələrində Ağsu meşəbəyliyinin 8 saylı dolayında da yanğın hadisəsi baş verib. Naməlum səbəbdən baş verən yanğın Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşları tərəfindən qısa müddət ərzində söndürülüb.

Yanğın nəticəsində 0,4 hektar ərazidə quru ot örtüyü yanıb.

Yanğınların hansı səbəbdən baş verməsi və dəymiş ziyanın həcminin müəyyən olunması istiqamətində araşdırma aparılır.

Havaların isti və quraq keçməsi ilə əlaqədar ETSN əhalini təbiət qoynunda olarkən odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.

Son xəbərlər

Orphus sistemi