Hindistanda 6 ayda 90 bəbir öldürülüb

Hindistanda 6 ayda 90 bəbir öldürülüb Bakı. 29 iyun. REPORT.AZ/ Hindistanda bu ilin ilk yarısında 90 bəbir brakonyerlər tərəfindən öldürülüb.
Ekologiya
29 İyun , 2018 06:14
Hindistanda 6 ayda 90 bəbir öldürülüb

Bakı. 29 iyun. REPORT.AZ/ Hindistanda bu ilin ilk yarısında 90 bəbir brakonyerlər tərəfindən öldürülüb.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Hindistan Təbii Həyatı Qoruma Birliyi (WPSI) məlumat yayıb.

Təbii Həyat Cəza Nəzarət İdarəsi (WCCB) isə qanunsuz ovçuları izləmək üçün daha inkişaf etmiş kəşfiyyat yanaşmalarına ehtiyac olduğunu vurğulayıb.

WCCB rəhbərlərindən biri olan M.Maranko Hindistanda bəzi mobil telefon tətbiqlərinin pələng ovunda əhəmiyyətli azalmalara səbəb olduğunu və bənzər tətbiqlərin bəbirlər üçün istifadə oluna biləcəyini deyib.

Hindistanda son 10 ildə 1933 bəbirin öldürüldüyü məlumdur.

Son xəbərlər

Orphus sistemi