Hidrometeoroloji Proqnozlar Bürosu: Hazırda Bakıda toz dumanı yoxdur

Hidrometeoroloji Proqnozlar Bürosu: Hazırda Bakıda toz dumanı yoxdur Toz dumanı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib
Ekologiya
10 Avqust , 2017 12:40
Hidrometeoroloji Proqnozlar Bürosu: Hazırda Bakıda toz dumanı yoxdur
Ekologiya və Təbii Sərvətlər Nazirliyi / Report

Bakı. 10 avqust. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosu toz dumanı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Bürodan "Report"un sorğusuna cavab olaraq bildirilib ki, hazırda Bakıda toz dumanı yoxdur: "Bakı və Abşeron yarımadasında müşahidə olunan tozun səbəbi hava şəraitinin küləkli olmasıdır. Dünən verilən hava proqnozunda qeyd olunmuşdu ki, bu gün, avqustun 10-da Bakıda və Abşeron yarımadasında mülayim şimal-qərb küləyi əsəcək, küləyin sürəti arabir güclənəcək". 

Son xəbərlər

Orphus sistemi