Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar növbəti ağacəkmə aksiyası keçirilib

Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar növbəti ağacəkmə aksiyası keçirilib Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə növbəti ağacəkmə aksiyası keçirilib.
Ekologiya
30 Mart , 2023 10:40
Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar növbəti ağacəkmə aksiyası keçirilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə növbəti ağacəkmə aksiyası keçirilib.

"Report" xəbər verir ki, aksiyada Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirlikləri, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin, Dövlət İmtahan Mərkəzinin rəhbər şəxsləri və əməkdaşları iştirak ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə baş tutan aksiya çərçivəsində Müşfiqabad qəsəbəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

Qeyd olunub ki, ağacəkmə tədbirlərinin keçirilməsində məqsəd yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, onun təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirməkdir.

Bu kimi aksiyalar mütəmadi olaraq davam edəcək.

Son xəbərlər

Orphus sistemi