Yuxarı

​Həştərxanda Xəzəryanı ölkələrin iştirakı ilə böyük ekoloji forum öz işinə başlayır

Tədbir iki gün davam edəcək

Bakı. 12 Avqust. REPORT.AZ/ Bu gün Rusiyanın Həştərxan vilayətində Xəzər Günü çərçivəsində böyük ekoloji forum öz işinə başlayacaq.

"Report" TASS agentliyinə istinadən xəbər verir ki, forumun işində Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan nümayəndələri iştirak edəcəklər.

Günün sonunda tədbir iştirakçıları Volqa sahilində gənc nərə balıqlarını çaya buraxacaqlar.

Həştərxanda Xəzər Günü ilk dəfə belə geniş şəkildə qeyd ediləcək. Tədbir iki gün davam edəcək. Tədbirdə əsas ideya ondan ibarətdir ki, ekologiya barədə uşaqdan iş adamınadək hamı düşünməyə başlasın.

İclaslar çərçivəsində Xəzəryanı ölkələrin alimləri, iş adamları və hakimiyyət nümayəndələri dənizin nadir ekoloji sisteminin mühafizəsi, onun balıq ehtiyatlarının saxlanılması və təkrar istehsalı məsələlərini müzakirə edəcəklər.

Xəzər Günü çərçivəsində, həmçinin innovasiyalar sərgisinin açılışı olacaq. Sərgidə neft tullantılarının emalı üçün qurğu təqdim olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi