Bakı. 2 avqust. REPORT.AZ/ Avqustun 3-də Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq.
Dəniz suyunun temperaturu Abşeron çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 27-28 dərəcə, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 28-29 dərəcə, Türkan, Hövsan, Şıx və Sahildə 29-30 dərəcə isti təşkil edəcək.
Sabah Azərbaycan rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 17-27, gündüz 30-40, bəzi yerlərdə 43, dağlarda gecə 18-23, gündüz 30-35 dərəcə isti olacaq.