Həftənin ilk iş günü Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb

Həftənin ilk iş günü Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb Bakıda 30-35 dərəcə isti olacaq
Ekologiya
28 İyun , 2015 12:19
Həftənin ilk iş günü Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb

Bakı. 28 iyun. REPORT.AZ/ Həftənin ilk iş günü - iyunun 29-da Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-25, gündüz 30-35 dərəcə isti olacaq.

İyunun 29-da Azərbaycanın rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 20-25, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 14-19, gündüz 25-30 dərəcə isti olacaq.

Son xəbərlər

Orphus sistemi