Həftənin ilk iş günü Azərbaycanda 35 dərəcə isti olacaq

Həftənin ilk iş günü Azərbaycanda 35 dərəcə isti olacaq Bakıda hava gün ərzində əsasən yağmursuz keçəcək
Ekologiya
20 İyul , 2015 12:47
Həftənin ilk iş günü Azərbaycanda 35 dərəcə isti olacaq

Bakı. 20 iyul. REPORT.AZ/ Həftənin ilk iş günü - iyulun 21-də Azərbaycanda 35 dərəcə isti olacaq. Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 21-23, gündüz 29-31 dərəcə isti olacaq.

Sabah Azərbaycan rayonlarında əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə güclənəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 30-35, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacaq.

Son xəbərlər

Orphus sistemi