Azərbaycanda havanın temperaturu 29 dərəcəyədək artacaq

Azərbaycanda havanın temperaturu 29 dərəcəyədək artacaq Sabah Bakıda 26 dərəcə isti olacaq
Ekologiya
18 May , 2015 12:49
Azərbaycanda havanın temperaturu 29 dərəcəyədək artacaq

Bakı. 18 may. REPORT.AZ/ Mayın 19-da Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev "Report"a bildirib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək, axşam şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 11-15, gündüz 21-26 dərəcə isti olacaq.

Sabah Azərbaycan rayonlarında hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 12-17, gündüz 24-29, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacaq. 

Son xəbərlər

Orphus sistemi