Yuxarı
    Bağlamaq

    Havanın temperaturu ötən günlərlə müqayisədə 7-12 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

    Bəzi yerlərdə intensiv yağış yağacaq

    Bakı. 21 aprel. REPORT.AZ/ Bir neçə gün davam edən mülayim isti hava şəraitindən sonra aprelin 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, aprelin 21-də paytaxt və yarımadada havanın temperaturu ötən günlərlə müqayisədə 7-12 dərəcə aşağı enəcək.

    Bir neçə gün davam edən mülayim isti hava şəraitindən sonra aprelin 22-də ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, qeyri-sabit keçəcəyi, qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.

    Havanın temperaturu ötən günlərlə müqayisədə 7-12 dərəcə aşağı enəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi