Yuxarı
    Bağlamaq

    Havanın temperaturu daha 2-3 dərəcə artacaq

    İstirahət günü hava şəraiti yağmursuz keçəcək

    Bakı. 10 dekabr. REPORT.AZ/ Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, gecə və axşam yarımadanın bəzi yerlərində havanın çiskinli olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 0-3, gündüz 5-10, Bakıda gecə 1-3, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 60-65 faiz təşkil edəcək.

    Azərbaycanın rayonlarında dekabrın 11-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.

    Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi