Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb

Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, yarımadanın bəzi yerlərində arabir yağış yağacağı ehtimalı var
Ekologiya
10 Oktyabr , 2016 12:10
Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb

Bakı. 10 oktyabr. REPORT.AZ/ Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. 

“Report” Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, oktyabrın 11-də yarımadanın bəzi yerlərində arabir yağış yağacağı ehtimalı var.

Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 14-17, gündüz 20-23, Bakıda gecə 15-17, gündüz 21-23 dərəcə isti olacaq. 

Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 60-70 % təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 11-16, gündüz 21-26 dərəcə isti, dağlarda gecə 6-11, gündüz 14-19 dərəcə isti olacaq. 

Son xəbərlər

Orphus sistemi