Bakı. 15 yanvar. REPORT.AZ/ Azərbaycanda havaların kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a bildirilib ki, yanvarın 17-dən 19-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 2-5 dərəcə aşağı enəcək.
Nazirlik Azərbaycanda havaların kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib
Ekologiya
15 yanvar 2015
10:59


İngilis versiyası
FotoMinistry of Ecology warns: Cold snap to hit Azerbaijan
Son xəbərlər
