Havada toz dumanı müşahidə edilir

Havada toz dumanı müşahidə edilir Avtomatik stansiyalardan əldə edilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, müşahidə olunan tozlu hava şəraiti transsərhəd xarakt
Ekologiya
17 Avqust , 2022 12:16
Havada toz dumanı müşahidə edilir

Avtomatik stansiyalardan əldə edilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

"Report"un məlumatına görə, Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, müşahidə olunan tozlu hava şəraiti transsərhəd xarakterlidir:

“Dispers toz hissəcikləri Xətai rayonunda 4.3, Nizami rayonunda 2.4, Səbail rayonunda 2.5 dəfə normadan yüksək qeydə alınıb”.

G.Məmmədovanın sözlərinə görə, sinoptik vəziyyətlə əlaqədar olaraq tozlu hava şəraitinin yaxın 2 gün ərzində davam edəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi