Hava yağmursuz keçib - FAKTİKİ HAVA

Hava yağmursuz keçib - FAKTİKİ HAVA Milli Hidrometeorologiya Xidmətinin yanvarın 30-u saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.
Ekologiya
30 Yanvar , 2025 09:08
Hava yağmursuz keçib - FAKTİKİ HAVA

Saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

"Report" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Naftalan, Qusar, Yevlax, Biləsuvar, Şəmkir, Qobustan, Göyçay, Zərdab, İmişli, Sabirabad, Neftçalada duman müşahidə olunub. Dumanda görünüş 200-500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6, Aran rayonlarında 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi