İstirahət günündə Azərbaycanda hava yağışlı və küləkli olacaq

İstirahət günündə Azərbaycanda hava yağışlı və küləkli olacaq Ölkədə şimal küləyinin arabir güclənəcəyi ehtimal olunur
Ekologiya
13 Dekabr , 2014 12:37
İstirahət günündə Azərbaycanda hava yağışlı və küləkli olacaq

Bakı. 13 dekabr. REPORT.AZ/ İstirahət günü - dekabrın 14-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova "Report"a deyib ki, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Şimal küləyinin arabir güclənəcəyi ehtimal olunur. Havanın temperaturunun gecə 4-6, gündüz 6-9 dərəcə isti olacağı gözlənilir.

Sabaha Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Şimal küləyi gecə arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.

Dekabrın 14-dən 16-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Atmosfer təzyiqi 764 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. 

Son xəbərlər

Orphus sistemi