Hava şəraiti qeyri-sabit keçəcək, qar yağacaq, yollar buz bağlayacaq

Hava şəraiti qeyri-sabit keçəcək, qar yağacaq, yollar buz bağlayacaq Dekabrın 16-sı gündüz Azərbaycanın qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.
Ekologiya
15 Dekabr , 2020 15:51
Hava şəraiti qeyri-sabit keçəcək, qar yağacaq, yollar buz bağlayacaq
0 : 00
0 : 00

Dekabrın 16-sı gündüz Azərbaycanın qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək. Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

Qeyri-sabit hava şəraiti dekabrın 18-i gündüzədək davam edəcək.

Son xəbərlər

Orphus sistemi