Yuxarı
    Bağlamaq

    Hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ

    Çaylarda sululuğun artacağı ehtimal olunur

    Bakı. 28 iyun. REPORT.AZ/ Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, iyunun 29-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə qısamüddətli yağış yağacağı, gündüz dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək.

    Havanın temperaturu gecə 20-23° isti, gündüz 30-35° isti, Bakıda gecə 20-22° isti, gündüz 32-34° isti olacağı gözlənilir.

    Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 55-65 % təşkil edəcək.

    Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23°, Türkan, Hövsan, Sahil, Şıxda 24-25° isti təşkil edəcək.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

    Havanın temperaturu gecə 18-23° isti, gündüz 33-38° isti, dağlarda gecə 11-16° isti, gündüz 19-24° isti olacağı gözlənilir.

    Xəbərdarlığa görə, iyunun 29-30-da bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

    Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi