Hava şəraiti 4 gün qeyri-sabit keçəcək, qar yağacaq, temperatur 4-6 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

Hava şəraiti 4 gün qeyri-sabit keçəcək, qar yağacaq, temperatur 4-6 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ Bakı. 20 noyabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
Ekologiya
20 Noyabr , 2018 12:24
Hava şəraiti 4 gün qeyri-sabit keçəcək, qar yağacaq, temperatur 4-6 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ
0 : 00
0 : 00

Bakı. 20 noyabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, noyabrın 21-i gün ərzində Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyi əsəcək.

Azərbaycanın rayonlarında noyabrın 21-i axşam şimal və qərb rayonlarından başlayaraq noyabrın 25-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın intensiv olacağı, dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə aşağı enəcək.

Çaylarda sululuğun artacağı, xüsusən Lənkəran-Astara zonasının bəzi çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur. 

Son xəbərlər

Orphus sistemi