Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb Sabah paytaxtda şimal qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq
Ekologiya
15 Yanvar , 2016 12:40
Sabaha olan hava proqnozu açıqlanıb

Bakı. 15 yanvar. REPORT.AZ/ Bakıda və Abşeron yarımadasında yanvarın 16-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, gündüz yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.

Şimal qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 7-11, Bakıda gecə 3-5, gündüz 9-11 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər ayrı-ayrı yerlərdə duman, bəzi şimal və şərq rayonlarında isə yağıntılı olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 1-6 şaxta, yüksək dağlıq ərazilərdə 7-12 şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

Tibbi meteoroloji proqnoza gəlincə, sabah Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, yanvarın 17-si və 18-də arabir güclənən gilavar küləyi bəzi insanlarda narahatlıq hissi yarada bilər. 

Son xəbərlər

Orphus sistemi