Hacıqabulda 5 min ağac əkilib - VİDEO

Hacıqabulda 5 min ağac əkilib - VİDEO Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə ölkəmizdə 650 min ağacın əkilməsi təşəbbüsünə hacıqabullular da böyük həvəslə qoşulub.
Ekologiya
6 Dekabr , 2019 12:09
Hacıqabulda 5 min ağac əkilib - VİDEO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə ölkəmizdə 650 min ağacın əkilməsi təşəbbüsünə hacıqabullular da böyük həvəslə qoşulub.

“Report”un Aran bürosu xəbər verir ki, bu məqsədlə Hacıqabul rayonunda Nəsiminin 650 illik yubileyi münasibəti ilə əlaqədar bir gündə 5 min ağac əkilib.

Ağacəkmə aksiyası Hacıqabul-Muğan avtomobil yolunda təşkil olunub. Əvvəlcə, ağac əkilən yerlər səliqə-sahmana salınıb, sonra əkinə başlanılıb. Aksiya çərçivəsində eldar şamı, iydə, göyrüş, tuya kimi ağaclar torpağa basdırılıb, dibləri doldurulub və suvarılıb. Bir gündə 1000 nəfərdən çox Hacıqabul sakininin iştirak etdiyi aksiyada 5 min ağac əkilib. Bununla da Nəsiminin 650 illiyi münasibəti ilə rayonda ümumilikdə 19 min ədəd ağac əkilib.

Qeyd edək ki, bu gün Azərbaycanda ağacəkmə kampaniyasına start verilib. Ağacların əkiləcəyi ərazilərin xəritəsi hazırlanıb. Xəritə Naxçıvan Muxtar Respublikası da daxil olmaqla Azərbaycanın bütün regionlarını əhatə edir. Ağacların böyük hissəsi magistral yolların kənarında əkilir. Ən çox bar verən nektar ağaclarının əkilməsinə üstünlük verilir. Ölkədə, ümumilikdə, 650 min ağac əkiləcək.

Xatırladaq ki, ağacəkmə aksiyasında məqsəd dahi şair İmadəddin Nəsiminin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliği, xatirəsinin əbədiləşdirilməsi, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılmasıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu il “Nəsimi ili” elan olunub.

Son xəbərlər

Orphus sistemi