Yuxarı

Gürcüstanda Kür çayının çirklənməsi səviyyəsini öyrənmək üçün monitorinqə başlanılıb

Gürcüstanda Kür çayının çirklənməsi səviyyəsini öyrənmək üçün monitorinqə başlanılıb

138

Çayın 17 qolundan və 14 hissəsindən nümunələr götürülüb

Tbilisi. 5 iyun. REPORT.AZ/ Gürcüstan hökuməti Kür çayında monitorinqlərə başlayıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, ölkənin Milli Ətraf Mühit Agentliyi suda çirklənmənin səviyyəsini araşdırmaq üçün çayın 17 qolundan və 14 hissəsindən nümunələr götürüb.

Məlumata görə, hazırda agentliyin ekspress-laboratoriyası orqanik və qeyri-orqanik çirklənməni, həmçinin ağır metalların səviyyəsini yoxlayırlar. Nəticələr bir neçə gündən sonra məlum olacaq.

Bildirilib ki, hazırda Kürün Gürcüstan hissəsində suyun səviyyəsi xeyli azalıb. Ölkənin Ətraf Mühitin Mühafizəsi və Təbii Sərvətlər Nazirliyinin yaydığı məlumata görə, çayın fiziki-kimyəvi parametrlərini, tam tərkibini müəyyən etmək üçün götürülmüş nümunələr əsaslı şəkildə yoxlanılacaq.

Qeyd edək ki, Gürcüstan su ehtiyatlarının bolluğuna görə, Avropada üçüncü yerdədir. Gürcüstan ərazisində ümumi uzunluğu 60 min kilometr olan 26 min çay axır. Bu çaylardan biri də Kür çayıdır.

Xatırladaq ki, Kür çayı Cənubi Qafqazda ən böyük çaydır və öz mənbəyini Türkiyədən alaraq üç ölkənin ərazisindən keçməklə Xəzər dənizinə tökülür. Kür çayının Gürcüstan hissəsində uzunluğu 390 kilometrdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi