Gürcüstanda Azərbaycan ceyranlarının beşinci nəsli dünyaya gəlib

Gürcüstanda Azərbaycan ceyranlarının beşinci nəsli dünyaya gəlib Gürcüstanın Kaxeti bölgəsinin Samux vadisində Azərbaycan ceyranlarının bu il artıq beşinci nəsli dünyaya gəlib.
Ekologiya
20 İyun , 2019 09:47
Gürcüstanda Azərbaycan ceyranlarının beşinci nəsli dünyaya gəlib

Gürcüstanın Kaxeti bölgəsinin Samux vadisində Azərbaycan ceyranlarının bu il artıq beşinci nəsli dünyaya gəlib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hər yeni nəsil Gürcüstanda nadir heyvanların yayılmasının genişlənməsi istiqamətində növbəti addımdır.

Qeyd edək ki, 2014-cü ildən başlayaraq Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) təşəbbüsü ilə Qafqazda Azərbaycan və Gürcüstanın müfaviq qurumlarının iştirakı ilə ceyranların populyasiyasının bərpası üzrə layihə həyata keçirilir. Layihə çərçivəsində Azərbaycandan Gürcüstana 70-dən çox ceyran gətirilib və onlar vəhşi təbiətə buraxılıb.

Fevralın 13-dən etibarən Azərbaycan ceyranlarının qorunması məqsədilə Samux vadisində quş ovu qadağan edilib. 

Son xəbərlər

Orphus sistemi