Gürcüstanda Azərbaycan ceyranlarının qorunması məqsədilə quş ovu qadağan edilir

Gürcüstanda Azərbaycan ceyranlarının qorunması məqsədilə quş ovu qadağan edilir Tbilisi. 12 fevral. REPORT.AZ/ Gürcüstanda - Azərbaycanla sərhəd yaxınlığında yerləşən Kaxeti bölgəsinin Samux vadisində fevralın 13-dən etibarən köçəri quşların ovlanmasına qadağa qoyulacaq.
Ekologiya
12 Fevral , 2019 18:40
Gürcüstanda Azərbaycan ceyranlarının qorunması məqsədilə quş ovu qadağan edilir

Tbilisi. 12 fevral. REPORT.AZ/ Gürcüstanda - Azərbaycanla sərhəd yaxınlığında yerləşən Kaxeti bölgəsinin Samux vadisində fevralın 13-dən etibarən köçəri quşların ovlanmasına qadağa qoyulacaq.

“Report”un yerli bürosunun verdiyi xəbərə görə, bu barədə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, ovçuların atəş açmaları ceyranları qorxudur, onlar vadidən meşələrə qaçır, orada isə nadir heyvanların canavarlar tərəfindən məhv edilməsi ilə bağlı böyük ehtimal var.

2013-cü ildən başlayaraq Ümumdünya Təbiəti Mühafizə Fondunun təşəbbüsü ilə Qafqazda Azərbaycan və Gürcüstanın müfaviq qurumlarının iştirakı ilə ceyranların populyasiyasının bərpası üzrə layihə həyata keçirilir.

Azərbaycandan Gürcüstana 70-dən çox ceyran gətirilib və onlar vəhşi təbiətə buraxılıb. 2018-ci ildə Gürcüstanda ceyranların artıq üçüncü nəsli dünyaya gəlib.

Qeyd edək ki, hazırda ceyranların ovlanması hər yerdə qadağan olunub. Ceyran nadir və itməkdə olan heyvan növü kimi Qırmızı Kitaba daxil edilib.

Son xəbərlər

Orphus sistemi