Azərbaycanda istirahət gününə olan hava proqnozu açıqlanıb

Azərbaycanda istirahət gününə olan hava proqnozu açıqlanıb Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz, əsasən, yağmursuz keçəcəyi gözlənilir
Ekologiya
26 avqust 2017 07:45
Azərbaycanda istirahət gününə olan hava proqnozu açıqlanıb

Bakı. 26 avqust. REPORT.AZ/ Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, avqustun 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu Abşeronda gecə 21-25° isti, gündüz 28-33° isti, Bakıda gecə 23-25° isti, gündüz 30-32° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-70%, gündüz 40-45 % olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26°,Türkan,  Hövsan, Sahil, Şıxda 26-27° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında isə sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24°, gündüz 30-35° isti, dağlarda gecə 11-16°, gündüz 21-26° isti olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi