Gülşad Məmmədova: "Külək axşam saatlarında zəifləyəcək, yağıntı kəsiləcək"

Gülşad Məmmədova: "Külək axşam saatlarında zəifləyəcək, yağıntı kəsiləcək" Bu gün Bakıda və Abşeron yarımadasında müşahidə olunan küləkli axşam saatlarında tədricən zəifləyəcək.
Ekologiya
17 noyabr 2023 11:32
Gülşad Məmmədova: Külək axşam saatlarında zəifləyəcək, yağıntı kəsiləcək

Bu gün Bakıda və Abşeron yarımadasında müşahidə olunan küləkli axşam saatlarında tədricən zəifləyəcək.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

Onun sözlərinə görə, sabah gün ərzində mülayim, cənub küləyi əsəcək.

G.Məmmədova bildirib ki, bölgələrdə və paytaxtda bu gün qeyri-sabit yağıntılı hava şəraiti müşahidə olunub: "Axşam saatlarında yağıntı tədricən kəsiləcək".

Son xəbərlər

Orphus sistemi