Yuxarı

Gülşad Məmmədova: “Bu il payızda Azərbaycanda hava şəraitində ciddi dəyişiklik gözlənilmir”

Gülşad Məmmədova: “Bu il payızda Azərbaycanda hava şəraitində ciddi dəyişiklik gözlənilmir” 309
“Sentyabr ayı ümumilikdə dəyişkən hava şəraiti ilə xarakterizə olunur”

Bakı. 27 sentyabr. REPORT.AZ/ “Bu il payız fəslində Azərbaycanda əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə elə də ciddi dəyişiklik gözlənilmir”.

Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.

O bildirib ki, bu payızda temperatur bəzi yerlərdə iqlim normasına yaxın, bəzi yerlərdə iqlim normasından bir qədər aşağı olacaq: “Payız fəslində tez-tez yağışlı hava şəraiti müşahidə olunacaq. Yağıntılar da iqlim normasına yaxın, bəzi yerlərdə isə iqlim normasından bir qədər çox olacağı proqnozlaşdırılır”.

Son günlər qəfildən havaların soyuması məsələsinə münasibət bildirən mütəxəssis bildirib ki, sentyabr ayı ümumilikdə dəyişkən hava şəraiti ilə xarakterizə olunur: “Yəni sentyabrda yüksək temperatur da müşahidə olunur, aşağı temperatur da... Bu il də eyni proses müşahidə olunub. Bu il soyuqlar isə elə payız fəsli daxil olan kimi gəldi, hazırda payız ayını yaşayırıq, bu hal normaldır”.

Direktor əvəzi qeyd edib ki, əvvəlki günlərlə müqayisədə son günlər havanın temperatur aşağı enib: “Ölkə ərazisində şimal küləyi güclənib, arabir bölgələrdə və paytaxtda yağışlı hava şəraiti müşahidə olunmaqdadır”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi