Güclü dolu qərb bölgəsində kənd təsərrüfatına ciddi ziyan vurub - VİDEO

Güclü dolu qərb bölgəsində kənd təsərrüfatına ciddi ziyan vurub - VİDEO Hazırda hər iki rayona dəyən ziyanla bağlı hesablamalara başlanılıb
Ekologiya
10 İyun , 2017 17:47
Güclü dolu qərb bölgəsində kənd təsərrüfatına ciddi ziyan vurub - VİDEO

Qazax. 10 iyun. REPORT.AZ/ Güclü dolu qərb bölgəsində kənd təsərrüfatına ciddi ziyan vurub.

"Report"un Qərb bürosunun verdiyi məlumata görə, Qazax şəhəri və ətraf kəndlər - Xanlıqlar, Çaylı, Ühməzli və Daş Salahlı kəndlərinə güclü dolu yağıb. Kənd təsərrüfatına və meyvə ağaclarına ziyan vuran dolu daha sonra leysan yağışa çevrilib. 

Güclü dolu Ağstafa rayonunun Eynallı və Köçəsgər kəndlərində də fərdi təsərrüfatlara, meyvə ağaclarına, bağçılığa və əkin sahələrinə ciddi ziyan vurub. 

Hazırda hər iki rayona dəyən ziyanla bağlı hesablamalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi