Hava şəraiti kəskin dəyişəcək, güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ

Hava şəraiti kəskin dəyişəcək, güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ Bakı. 6 fevral. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.
Ekologiya
8555
6 Fevral , 2019 16:06
Hava şəraiti kəskin dəyişəcək, güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ

Bakı. 6 fevral. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib. 

Nazirliyin Milli hidrometeorologiya departamentindən "Report"a verilən məlumata görə, fevralın 7-də Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin 15-18, arabir 20-23 m/s, fevralın 8-də isə şimal-qərb küləyinin 15-20 m/s olacağı, arabir 23 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında fevralın 7-8-də qərb küləyinin ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcəyi, fevralın 8-i axşamdan fevralın 12-dək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var.

Son xəbərlər

Orphus sistemi