Bakı. 18 fevral. REPORT.AZ/ GUAM ölkələri ətraf mühitin mühafizəsi və tullantıların idarə edilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılacaq.
"Report" xəbər verir ki, bu mövzuyla bağlı seminar fevralın 26-da GUAM+Yaponiya proqramı çərçivəsində Yaponiya Xarici İşlər Nazirliyində keçiriləcək.
Tədbirdə tərəflər Yaponiyanın bu sahədəki təcrübəsini, eləcə də ətraf mühitin mühafizəsində onun texnologiyasını öyrənəcək.
Yaponiya XİN bu sahədə GUAM ölkələri ilə işləməyə davam etmək niyyətində olduğunu bəyan edib.
Qeyd edək ki, GUAM-a üzv ölkələr Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovadır.