Yuxarı
    Bağlamaq

    Göygöldə istirahət mərkəzinin sahibi vəhşi quş saxladığı üçün cərimələnib

    Nazirliyə faktla bağlı şikayət daxl olub© Report.az

    Bakı. 7 sentyabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Baki şəhəri, Nərimanov rayon sakini Rahib Yusifli tərəfindən Göygöl rayonunda yerləşən “Ağrıdağ” istirahət mərkəzində vəhşi quşun qanunsuz saxlanılması ilə bağlı şikayət daxil olub. Şikayət nazirliyin yerli qurumunun əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb.

    Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

    “Ağrıdağ” istirahət mərkəzinin ərazisinə keçirilən baxış zamanı qeyri-sərbəst şəraitdə saxlanılan vəhşi sar quşu aşkar edilib.

    Araşdırma zamanı həmin quşun təbii mühitdən götürülməsi və saxlanılması barədə rəsmi təsdiqedici sənədin olmadığı məlum olub. Faktla bağlı “Ağrıdağ” istirahət mərkəzinin sahibi Şəmşi İsmayılov barəsində protokol tərtib olunub və o, inzibati qaydada 200 manat məbləğində cərimə edilib. Vəhşi quş isə təbiətə buraxılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi