Yuxarı

Göygöl milli qoruğuna səfər edən turistlərin sayı açıqlanıb

Oturaq və köçəri quşların dinamikası barədə qeydə alınan məlumatlar təhlil edilib

Bakı. 15 yanvar. REPORT.AZ/ Göygöl milli qoruğuna səfər edən turistlərin sayı açıqlanıb.

"Report"un xəbərinə görə, bu barədə 2015-ci il ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən görülmüş işlərə dair hesabatda bildirilib.

2015-ci il avqustun 10-dan ilin sonunadək Milli Parka 65 mindən artıq turist səyahət edib.

Məlumatda həmçinin qeyd edilib ki, ötən il Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisinin genişləndirilərək Qızılağac Dənizkənarı Milli Parkının yaradılması məqsədilə zəruri avadanlıqlar alınaraq, sərhədlərin demarkasiyası və buraxılış-nəzarət infrastrukturu yaradılıb. Bununla da Milli Parkda heyətin mühafizə və nəzarət imkanları təkmilləşdirilib. IDEA İctimai Birliyinin iştirakı ilə quşların və məməli heyvan növlərinin payız sayğısı aparılaraq, oturaq və köçəri quşların dinamikası barədə qeydə alınan məlumatlar təhlil edilib.

Bioloji müxtəlifliyin qorunması sahəsində ümumi ərazisi 892 546,49 hektar olan xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən, 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi