Göyçayda yeşik hazırlanan sexlərdə icazəsiz yolla əldə edilmiş meşə materialı aşkarlanıb

Göyçayda yeşik hazırlanan sexlərdə icazəsiz yolla əldə edilmiş meşə materialı aşkarlanıb Bakı. 18 oktyabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Göyçay rayonu ərazisində reyd keçirilib.
Ekologiya
18 Oktyabr , 2018 09:30
Göyçayda yeşik hazırlanan sexlərdə icazəsiz yolla əldə edilmiş meşə materialı aşkarlanıb
0 : 00
0 : 00

Bakı. 18 oktyabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Göyçay rayonu ərazisində reyd keçirilib.

Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Reyd zamanı Göyçay rayonu ərazisində fəaliyyət göstərən yeşik hazırlanan sexlərdə icazəsiz yolla əldə edilmiş ümumilikdə 9 m3 həcmində fıstıq cinsli meşə materialı aşkar edilib.

Faktlarla bağlı sexlərin sahibləri Əfqan Rəhimov, Anar Qafurov və Vüqar Zülfüqarov barəsində akt tərtib olunub və ümumilikdə onlara meşə fonduna dəyən 1278 manat məbləğində ziyan tətbiq edilib.

Son xəbərlər

Orphus sistemi