Yevlax rayonunun Cırdaxan meşəbəyliyində baş verən yanğın
ETSN-in Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, ilkin hesablamalara görə 4,3 hektar ərazidə quru ot örtüyü, yulğun kolları yanıb, bəzi ağacların alt budaqları ütülüb, oduncaq itkisi qeydə alınmayıb.
Yanğının ərazidən keçən yüksək gərginlikli elektrik xətlərinin güclü külək nəticəsində toqquşmasından çıxan qığılcımdan baş verdiyi ehtimal olunur.
ETSN vətəndaşlardan xahiş edir ki, təbiət ərazilərində olarkən odla ehtiyatlı olsunlar, yanğın gördükləri zaman dərhal yerli meşə idarələrinə və Nazirliyin 168 nömrəli qaynar xəttinə məlumat versinlər.

