Yuxarı

​Gəncəyə sulu qar yağıb

Bir neçə gündür şəhər ərazisində yağmurlu və qeyri-sabit hava şəraiti davam edir

Bakı. 31 oktyabr. REPORT.AZ/ Gəncə şəhərinə sulu qar yağıb.

"Report"un məlumatına görə, bir neçə gündür Gəncədə yağmurlu və qeyri-sabit hava şəraiti davam edir. 

Oktyabrın 31-də səhər saatlarından isə şəhər ərazisinə sulu qar yağmağa başlayıb. 

Qeyd edək ki, bu gün Gəncə-Qazax regionunda havanın əsasən buludlu və yağmurlu olacağı proqnozlaşdırılır. Havanın temperaturu səhər 10, gündüz 12 dərəcə isti olacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi