Gəncədə “Hər ailə ağac əksin” aksiyası keçirilib - VİDEO - FOTO - YENİLƏNİB

Gəncədə “Hər ailə ağac əksin” aksiyası keçirilib - VİDEO - FOTO - YENİLƏNİB Video əlavə olunub
Ekologiya
17 noyabr 2018 11:37
Gəncədə “Hər ailə ağac əksin” aksiyası keçirilib - VİDEO - FOTO - YENİLƏNİB
Report

Video əlavə olunub


*** 14:12

Gəncə. 17 noyabr. REPORT.AZ/ Gəncə şəhərində “Hər ailə ağac əksin” aksiyası keçirilib. Gəncə şəhər Kəpəz rayon bələdiyyəsinin önündə keçirilən aksiyada 2 min 300-ə yaxın müxtəlif növ ağac tingləri paylanılıb.

“Report”un Qərb bürosunun məlumatına görə, Prezident İlham Əliyevin yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və tapşırıqlarına uyğun olaraq, ağac əkilməsinin təşviqi məqsədilə “Hər ailə ağac əksin” devizi altında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən başlanan və ənənəvi hal alan aksiya Gəncə şəhərində də keçirilib.

Əhaliyə paylanılan ağac tinglərinin içərisində 300-ə yaxın müxtəlif növ meyvə və 2000 ədəd “Eldar” şamı tingləri olub.

Aksiya iki saat davam edib.

Son xəbərlər

Orphus sistemi