​Gədəbəyə 5 sm. hündürlüyündə qar yağıb

​Gədəbəyə 5 sm. hündürlüyündə qar yağıb Hava şəraiti yanacaq və elektrik verilişi üçün heç bir maneə törətməyib
Ekologiya
23 Aprel , 2015 22:39
​Gədəbəyə 5 sm. hündürlüyündə qar yağıb

Bakı. 23 aprel. REPORT.AZ/ Bu gün axşam saatlarından başlayaraq respublikanın Gədəbəy rayonu ərazisinə qar yağmağa başlayıb.

Rayonun Fövqəladə Hallar Komissiyasının sədri Qüdrət Paşayevin "Report"a verdiyi məlumata görə, mərkəz və kəndlərə yağan qar rayonun elektrik təsərrüfatı, mavi yanacaq verilişi, eləcə də, ucqar dağ kəndləri ilə əlaqə üçün heç bir maneə törətməyib.

Hazırda rayon ərazisində qarın hündürlüyü təqribən 3-5 sm. təşkil edir.

Son xəbərlər

Orphus sistemi