Yuxarı
    Bağlamaq

    Sabaha olan hava proqnozu açıqlanıb

    Rayonlarda yağış yağacaq

    Bakı. 5 sentyabr. REPORT.AZ/ Sabah, sentyabrın 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, mülayim şimal-qərb küləyi arabir güclənəcək.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 19-23, gündüz 25-28 dərəcə isti, Bakıda gecə 20-22, gündüz 26-28 dərəcə isti olacağı gözlənilir.

    Azərbaycan rayonlarında sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 18-23, gündüz 26-31 dərəcə isti, dağlarda gecə 9-14, gündüz 15-19 dərəcə isti olacağı gözlənilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi