Yuxarı

Sabah Bakıda hava şəraiti yağmursuz keçəcək, havanın temperaturu artacaq

Bəzi rayonlarda havanın temperaturu -1 dərəcəyədək enəcək

Bakı. 5 dekabr. REPORT.AZ/ Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a bildirilib ki, dekabrın 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Bakı və Abşeron yarımadasında gecə 0-3, gündüz 7-10 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Lənkəran-Astara zonasında hava şəraitinin yağıntılı olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13, dağlarda gecə 7-12 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi