FHN-in Aviasiya dəstəsində “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib

FHN-in Aviasiya dəstəsində “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsində “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib.
Ekologiya
28 Mart , 2023 13:02
FHN-in Aviasiya dəstəsində “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsində “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Aviasiya dəstəsinin rəisi general-mayor Əşraf Qasımov və dəstənin şəxsi heyətinin iştirakı ilə ağacəkmə aksiyası aviabazanın ərazisində təşkil olunub.

Aksiyanın keçirilməsində əsas məqsəd ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman xüsusi əhəmiyyət vermiş ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarət olub.

Aksiyada müxtəlif növdə 600-dən çox ağac əkilib.

Son xəbərlər

Orphus sistemi