Fevralın ilk gününə gözlənilən hava şəraiti açıqlanıb

Fevralın ilk gününə gözlənilən hava şəraiti açıqlanıb Fevralın ilk gününə gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya
31 Yanvar , 2022 12:34
Fevralın ilk gününə gözlənilən hava şəraiti açıqlanıb

Fevralın ilk gününə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinidən "Report"a verilən məlumata əsasən, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 2-4° isti, gündüz 7-11° isti, Bakıda gecə 2-4° isti, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütununda 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 3-8° şaxta, yüksək dağlıq ərazilərdə 15°-dək şaxta, gündüz 2-7° isti olacaq.

Son xəbərlər

Orphus sistemi