Yuxarı

Fevralın 6-dan Azərbaycanda hava şəraiti mülayimləşəcək

Sabah Bakıda yağışlı hava proqnozlaşdırılır

Bakı. 4 fevral. REPORT.AZ/ Fevralın 5-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova "Report"a deyib ki, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, günün ikinci yarısında havanın dəyişkən buludlu olacağı gözlənilir. Şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturu gecə 3-5, gündüz 6-9 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Günün ikinci yarısında qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək, gecə və səhər saatlarında arabir güclənəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacağı gözlənilir.

O, həmçinin qeyd edib ki, fevralın 6-dan etibarən ölkədə hava şəraiti mülayimləşəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi