​Fevralın 23-də hava yağmursuz olacaq

​Fevralın 23-də hava yağmursuz olacaq Bakıda gecə 3-5° şaxta, gündüz 3-5° isti olacağı gözlənilir
Ekologiya
22 Fevral , 2015 16:17
​Fevralın 23-də hava yağmursuz olacaq

Bakı. 22 fevral. REPORT.AZ/ Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

"Report" Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, səhər yarımadanın bəzi yerlərində zəif duman olacaq, şimal küləyi 8-13 m/s sürətlə əsəcək.

Havanın temperaturunun gecə 3-5° şaxta, gündüz 3-6° isti, Bakıda gecə 3-5° şaxta, gündüz 3-5° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 769 mm civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcək. Yollar buz bağlayacaq.

Naxçıvan Muxtar Respublikasında gün ərzində, əsasən yağmursuz keçəcək, ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi 5-10 m/s sürətlə əsəcək. Gecə 0-5°, dağlarda gecə 9-14° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir. Gecə və səhər yollar buz bağlayacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında gecə və səhər bəzi yerlərdə yağıntı olacağı, sulu qar, qar yağacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Saniyədə 5-10 metr sürətlə şərq küləyi əsəcək. Gecə 5-10°, gündüz 0-5° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək, səhər ayrı-ayrı yerlərdə duman olacaq. Saniyədə 5-10 metr sürətlə şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir. Gecə və səhər yollar buz bağlayacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında gecə və səhər bəzi yerlərdə yağıntı olacağı, sulu qar, qar yağacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Saniyədə 5-10 metr sürətlə şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti, dağlarda gecə 9-14°, yüksək dağlıq ərazilərdə 18-23° şaxta, gündüz 3-5° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında gün ərzində əsasən yağmursuz keçəcək. Saniyədə 5-10 metr sürətlə şərq küləyi əsəcək. Gecə 0-4° şaxta, gündüz 3-7° isti olacaq. Gecə və səhər yollar buz bağlayacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, sulu qar, qar yağacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Dağlarda duman olacaq. Saniyədə 5-10 metr sürətlə şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 3-6° isti,

Dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2° -dək isti olacaq. Yollar buz bağlayacaq.

Son xəbərlər

Orphus sistemi