FAO rəsmisi: "Azərbaycanın biomüxtəlifliyi çox zəngindir"

FAO rəsmisi: "Azərbaycanın biomüxtəlifliyi çox zəngindir" Bakı. 22 fevral. REPORT.AZ/ Azərbaycan az meşəli ölkə olmasına baxmayaraq, biomüxtəlifliyi çox zəngindir.
Ekologiya
22 Fevral , 2019 15:33
FAO rəsmisi: Azərbaycanın biomüxtəlifliyi çox zəngindir
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) və Avropa İqtisadi Komissiyasının meşəçilik sektoru üzrə rəis müavini Əkrəm Yazıçı / Report / Elchin Murad

Bakı. 22 fevral. REPORT.AZ/ "Azərbaycan az meşəli ölkə olmasına baxmayaraq, biomüxtəlifliyi çox zəngindir".

"Report" xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) və Avropa İqtisadi Komissiyasının meşəçilik sektoru üzrə rəis müavini Əkrəm Yazıçı deyib.

Onun sözlərinə görə, Milli Meşə Proqramının (MMP) qəbulu Azərbaycan meşələrinin qorunması, inkişafı və davamlı istifadəsinə töhfə verəcək: "Azərbaycanda 450-dən artıq ağac və kol bitkiləri yayılıb, bunlardan da 70-i endemikdir. MMP-nin qəbulu həmçinin gənclərin bu sahəyə marağının daha da artırılmasında mühüm rol oynayacaq. Proqramın hazırlanmasında beynəlxalq təcrübələr əsas götürülür. Biz FAO olaraq dünyanın 85-dən çox ölkəsində Milli Meşə Proqramının hazırlanmasına dəstək veririk. Meşələrin qorunması, inkişafı və davamlı istifadəsi üçün bu proqramın hazırlanması çox vacib idi".

Son xəbərlər

Orphus sistemi