FAO pandemiya dövründə əkinçiliklə bağlı tövsiyələrini açıqlayıb

FAO pandemiya dövründə əkinçiliklə bağlı tövsiyələrini açıqlayıb BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı COVID-19 pandemiyası dövründə məhsul təqvimindən istifadə etməklə əkin işləri və məhsul yığımına dair tövsiyələrini açıqlayıb.
Ekologiya
17 Aprel , 2020 20:12
FAO pandemiya dövründə əkinçiliklə bağlı tövsiyələrini açıqlayıb

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı COVID-19 pandemiyası dövründə məhsul təqvimindən istifadə etməklə əkin işləri və məhsul yığımına dair tövsiyələrini açıqlayıb.

Təşkilatdan "Report"a bildirilib ki, artıq bir çox ölkə COVID-19 pandemiyası ilə əlaqədar olaraq, əhalinin sıxlığını və iş fəaliyyətlərini azaltmaq kimi bir sıra tədbirlər həyata keçirir. 

Səhiyyə sistemində olan şokdan sonra bunun instehsal sistemində baş verməməsi üçün kənd təsərrüfatında bəzi işlərin güzəştə gedilməsi qəbul olunandır. Əgər kənd təsərrüfatı işləri vaxtlı-vaxtında yerinə yetirilməsə, məhsul itkisinə səbəb ola bilər ki, bu da ərzaq təhlükəsizliyinə təhlükə yarada bilər. Başqa sözlə, ərzaq istehsalı sistemləri ərzaq təhlükəsizliyinə olan güclü təsir ilə çökə bilər.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının tərtib etdiyi xəritə aləti ərzaq və kənd təsərrüfatı məhsulları üçün əkin və yığım aylarına dair məlumatları əks etdirir. Əkin və məhsul yığımı təqvimi yerli aqro-ekoloji şəraitə uyğun olaraq, qeyd edilən tədbirlərin həyata keçirilməsinin vacib dövrlərini göstərir. Məhsullar hər bir ölkə üçün istehsal dəyəri baxımından və ya əsas ərzaq məhsullarından biri olduğu üçün onların əhəmiyyətinə əsaslanaraq seçilir.

Xəritədə göstərilən rənglər BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hər bir məhsul və ölkə üçün əkin və məhsul yığımı üzrə tövsiyələrini təqdim edir. Yaşıl rəng tempi sürətləndirərək işi davam etdirməyi məsləhət görür. Bu bir tapşırığı yerinə yetirmək üçün lazım olan ayların sayından asılı olmayaraq onun aprel ayında başa çatdırılması lazım olan hallarda olur. Sarı rəng böhran inkişaf etdikcə vəziyyəti izləməyi və qiymətləndirməyi məsləhət görür. Sarı rəng həmçinin zəruri və məqsədəuyğun sayıldığı təqdirdə işin sürətlənməsini təklif edir.

Son xəbərlər

Orphus sistemi