FAO Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə yeni layihəyə start verir

FAO Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə yeni layihəyə start verir Bakıda Yaşıl İqlim Fondu ilə əməkdaşlığa hazırlıqla bağlı Kənd təsərrüfatı və torpaqdan istifadə, torpaqdan istifadənin dəyişməsi və meşə təsərrüfatı sektorlarında milli səviyyədə müəyyən edilmiş töhfələrin yerinə yetirilməsi ilə əlaqədar ölkə potensialının artırılması layihəsinin ilk seminarı keçirilib.
Ekologiya
24 Sentyabr , 2019 13:25
FAO Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə yeni layihəyə start verir

Bakıda Yaşıl İqlim Fondu ilə əməkdaşlığa hazırlıqla bağlı "Kənd təsərrüfatı və torpaqdan istifadə, torpaqdan istifadənin dəyişməsi və meşə təsərrüfatı sektorlarında milli səviyyədə müəyyən edilmiş töhfələrin yerinə yetirilməsi ilə əlaqədar ölkə potensialının artırılması" layihəsinin ilk seminarı keçirilib.

"Report"un məlumatına görə, tədbirdə qeyd olunub ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin icra edəcəyi və 18 ay davam edəcək layihə Yaşıl İqlim Fonduna birbaşa çıxışı olacaq qurumların müəyyən edilməsini və bu istiqamətdə müvafiq təşkilatların potensialının artırılmasını hədəfləyir.

FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak bildirib ki, inkişafda olan ölkə kimi Azərbaycan iqlim dəyişikliyini ciddi ətraf-mühit problemlərindən biri hesab edir və bu sahədə beynəlxalq əməkdaşlığı dəstəkləyir: "FAO, öz növbəsində, dünyanın qabaqcıl təcrübələrin gətirilməsi və tətbiq edilmsisi istiqamətində dəstəyini əsirgəmiyəcək".

O əlavə edib ki, hazırlıq layihəsi akkreditasiya prosesininin başlanması üçün ən uyğun milli qurumun (dövlət, və yaxud özəl) müəyyənləşdirilməsini də hədəfləyir.

Daha sonra FAO-nun baş texniki məsləhətçisinin əvəzləyicisi və Layihə Koordinatoru Carmen Arguello Azərbaycanda ətraf mühit üzrə mövcud vəziyyət və iqlim sahəsində fəaliyyətləri, kənd təsərrüfatı da daxil olmaqla əsas sektorlarda iqlimlə bağlı tədbirlərin həyata keçirilmə imkanları və s barədə təqdimat edib.

Tədbir mövzu ətrafında müzakirələrlə davam edib. 

Son xəbərlər

Orphus sistemi