Qeyri-sabit, yağıntılı hava şəraiti oktyabrın 30-dək davam edəcək

Qeyri-sabit, yağıntılı hava şəraiti oktyabrın 30-dək davam edəcək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 29-na olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə arabir yağış yağıb, ayrı-ayrı yerlərdə intensiv olub, Qrızda qar yağıb. D
Ekologiya
29 Oktyabr , 2022 12:54
Qeyri-sabit, yağıntılı hava şəraiti oktyabrın 30-dək davam edəcək

Azərbaycanda müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti oktyabrın 30-dək davam edəcək.

Milli Hidrometeorologiya Xidmətindən “Report”a verilən məlumata görə, oktyabrın 30-u gündüz, 31-də havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Müşahidə olunan faktiki havaya gəlincə, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə arabir yağış yağıb, ayrı-ayrı yerlərdə intensiv olub, Qrızda qar yağıb.

Düşən yağıntının miqdarı Lənkəranda 57.0 mm, Astarada 25.0 mm, Altıağacda 20.0 mm, Lerikdə 18.0 mm, Yardımlıda 17.0 mm, Qəbələdə 15.0 mm, Göytəpə, Xaltanda 10.0 mm, İsmayıllıda 9.0 mm, Şabranda 7.0 mm, Qobustanda 6.0 mm, Şamaxıda 5.0 mm, Neftçala, Salyan, Quba, Oğuzda 4.0 mm, İmişli, Sabirabad, Biləsuvar, Qusarda 3.0 mm, Ağsu, Cəfərxan, Qrızda 2.0 mm, Ordubad, Ağdam, Şəki, Tərtər, Xaçmaz, Beyləqanda 1.0 mm, Bakıda və Abşeron yarımadasında: Bakıda 2.0 mm, Maştağada 1.0 mm-dək olub.

Şimal-qərb küləyi Naftalanda 18 m/s, Bakıda və Abşeron yarımadasında 18 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.3 metrə çatıb.

Son xəbərlər

Orphus sistemi