Qeyri-sabit hava şəraiti davam edib, leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

Qeyri-sabit hava şəraiti davam edib, leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA Oktyabrın 20-si saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə arabir yağış yağıb, ayrı-ayrı yerlərdə leysan xarakterli olub, şimşək çaxıb.
Ekologiya
20 Oktyabr , 2023 09:19
Qeyri-sabit hava şəraiti davam edib, leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

Oktyabrın 20-si saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə arabir yağış yağıb, ayrı-ayrı yerlərdə leysan xarakterli olub, şimşək çaxıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, gecə saatlarında Gədəbəyin yüksək dağlıq ərazilərində və Şahdağda qar yağıb.

Səhər saatlarından yağıntılar kəsilib.

Düşən yağıntının miqdarı Şamaxıda 10 mm, Qobustan, Şahbuz, Şərurda 9 mm, Orubadda 8 mm, Culfada 7 mm, Şahdağda 6 mm, Yardımlı, Lənkəran, Lerik, Biləsuvar, Cəfərxan, Zaqatala, Astara, Qax, Quba, Qusar, Xaltan, Gədəbəy, Sədərək, Neftçala, Altıağac, Balakən, Qrız, Qəbələ, Mingəçevir, Ağdam, Ağsu, Oğuz, Şəki, Tərtər, Gəncə, Daşkəsən, Gədəbəy, Şəmkir, Yevlax, Göyçay, Göygöl, Tovuz, Beyləqan, İmişli, Kürdəmir, Naftalanda 5 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 2 mm-dək olub.

Şahdağda 3 sm qar örtüyü əmələ gəlib.

Sumqayıt, Şərur, Göygöl, Göyçay, Yevlax, Cəfərxan, Şəmkir, Qax, Balakən, Altıağac, Şamaxı, Qusar, Qrız, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 50-200 metrədək məhdudlaşıb.

Şimal-qərb küləyi arabir Mingəçevirdə 23 m/s, Tərtər, Naftalanda 18 m/s, Bakıda və Abşeron yarımadasında isə 20 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.2 metrə çatıb.

Son xəbərlər

Orphus sistemi