Şahdağda qar örtüyünün hündürlüyü 8 sm olub

Şahdağda qar örtüyünün hündürlüyü 8 sm olub Oktyabrın 07-si saat 12:00-a olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, arabir yağış, bəzi yerlərdə leysan xarakterli intensiv və güclü olub, dağlıq ərazilərdə qar yağıb, yağan leysan yağışlar nəticəsində çaylarda sululuq ar
Ekologiya
1403
7 Oktyabr , 2021 12:01
Şahdağda qar örtüyünün hündürlüyü 8 sm olub

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, oktyabrın 7-si saat 12:00-a olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, arabir yağış, bəzi yerlərdə leysan xarakterli intensiv və güclü olub, dağlıq ərazilərdə qar yağıb, yağan leysan yağışlar nəticəsində çaylarda sululuq artmışdır.

Düşən yağışın miqdarı Zaqatala, Astarada 30.0 mm, Lerikdə 26.0 mm, Vəlvələçay-Təngəaltı, Balakən, Ağstafada 21.0 mm, Tovuzda 20.0 mm, Quba, Qusarda 19.0 mm, Oğuzda 17.0 mm, Şəki, Kişçayda (Şəki) 16.0 mm, Yardımlıda 15.0 mm, Altıağacda 14.0 mm, Nabranda 13.0 mm, Şabranda 11.0 mm, Sarıbaşda (Qax) 10.0 mm, Qəbələdə 9.0 mm, Gədəbəydə 7.0 mm, Girdimançay-Qaranohur, Xaltan, Cəfərxan, Şəmkir, Şirvan, İsmayıllı, Ağsu, Cəfərxan, Ceyrançöldə 6.0 mm, Xınalıq, Ləzə, Lənkəranda 5.0 mm, Göygöl, Beyləqan, İmişli, Xaçmazda 4.0 mm, Şahdağ, Ağdərə (Ordubad), Sabirabad, Daşkəsəndə 3.0 mm, Qrız, Gəncə, Ağdam, Göyçay, Tərtər,Zərdabda 2.0 mm, Naxçıvan, Şərur, Sədərək, Bərdə, Mingəçevir, Salyan, Yevlax, Kürdəmir, Neftçala, Biləsuvar, Naftalan, Qazıməmməd, Bakıda 1.0 mm-dək olub.

Qar örtüyünün hündürlüyü Şahdağda 8 sm, Xınalıqda 4 sm, Qrızda 2 sm, Ləzədə 1 sm olub.

Şimal-şərq küləyi Hacıqabul, Neftçala, Gəncədə 20 m/s, Şamaxı, Naftalanda 18 m/s, Bakıda və Abşeron yarımadasında arabir 15-18 m/s-dək güclənmiş, Neft Daşları stansiyasının verdiyi məlumata əsasən dalğanın hündürlüyü 3.2 metrə çatıb.

Havanın temperaturu oktyabrın 6-da Bakıda iqlim normasından 1.8° aşağı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 18°-dək isti, aran rayonlarında 15-19° isti, dağlıq rayonlarda 7°-dək isti, Naxçıvan MR-da 17-21° isti, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 13° isti, aran rayonlarında 11°-dək isti, dağlıq rayonlarda 5°-dək isti, Naxçıvan MR-da 12°-dək isti olub.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti oktyabrın 8-dək davam edəcək, 8-i gündüz, 9-da əksər rayonlarda əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Lakin gecə və səhər bəzi şərq rayonlarında yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 17-19°, aran rayonlarında 19°-dək, dağlarda 3-8° isti olacaq.

Son xəbərlər

Orphus sistemi