Bakı. 18 yanvar. REPORT.AZ/ Azərbaycanda yanvarın 17-si gündüzdən 18-i səhərədək müşahidə olunan faktiki hava açıqlanıb.
Bakıda və Abşeron yarımadasında əsən güclü şimal-qərb küləyi şiddətlənib.
Düşən yağıntının miqdarı Lənkəran-Astara zonasında 1-26, Mərkəzi-Aran rayonlarında 5-18, Bakıda və Abşeron yarımadasında 2-9, Böyük Qafqazda 2-15, Qazax-Gəncə zonasında 0-8, Kiçik Qafqazda 1-4, Naxçıvan Muxtar Respublikasında 2-5 mm təşkil edib.
Qar örtüyünün hündürlüyü Ordubadın Ağdərə qəsəbəsində 40, Kişçay, Qırızda 15, Altıağacda 11, Kirən, Xınalıqda 10, Qaxmuğal, Şahdağda 7, Xaltan, Sarıbaşda 6, Şahbuz, Qusarda 5, Yardımlıda 4, Quba, Mərəzədə 2, İsmayıllı, Daşkəsəndə 1 sm olub.